!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alimlərin yeni KƏŞFİ: Vulkandan gələn çatlar... - ARAŞDIRMA

!Reklam – Yazi

“Lastarria” vulkanının yamacında çox nadir hadisələrdən biri müşahidə edilib.

Yenicag.az xəbər verir ki, bir qrup tədqiqatçı dağın səthindəki çatlardan tökülən ərimiş kükürd axını aşkar edib.

Tədqiqatçılar 2019-cu ildə çəkilmiş peyk görüntülərinin ətraflı təhlilini aparıblar. Bu da onlara kükürdün tökülməsi əlamətlərini görməyə imkan verib. Həmin kəşfdən sonra alimlər bu təbiət hadisəsini birbaşa qeydə almaq və nümunələr toplamaq üçün əraziyə ekspedisiya təşkil etmək qərarına gəlib.

Məlum olub ki, fumarol kimi tanınan vulkanik çatlarda sərbəst kükürdün olması adi hal olsa da, onun ərimiş forması olduqca nadirdir və son dərəcə ekzotik xüsusiyyət hesab olunur.

Vulkanik kükürd axınları ərimiş lavadan daha aşağı temperatura qədər qızdırılan materialdır. Onlar həmçinin lava axınlarından çox daha qısa məsafələr qət edir.

“Lastarria” vulkanındakı kükürd axınlarının uzunluğu 55 metrə, eni isə 5,3 metrə çatıb. Bu axınların temperaturu 124-158 dərəcə selsi, kükürdün ərimə nöqtəsi isə 119 dərəcə selsi arasında dəyişir. Axın sürəti isə saniyədə cəmi 0,069 metrdir.

Alimlər vulkanın yamacındakı çatlardan kükürd axdığını qeyd ediblər. Güman edilir ki, fumarollardan keçən isti qazlar kükürdün xaricə axmasına şərait yaradır. Ümumilikdə, 2019-cu ildə dağılan kükürdün həcmi 1,45 kubmetr təşkil edib, bu da təxminən 2,07 tona bərabərdir.

Alimlər hələ də sözügedən hadisəni araşdırır, yarana biləcək halları analiz edir.

Şahanə Paşa

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv