!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alışılmayan yeni SİSTEM: "MN-dəki bəzi vəzifəlilər Nəcməddin Sadıkovun taleyindən ibrət götürsün" - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Müdafiə Nazirliyində oturan bəzi vəzifəlilər toxunulmaz şəxs sayılan Nəcməddin Sadıkovun taleyindən ibrət götürsünlər”.

Bunu General-mayor Mübariz Rzayevin istefası, orduda baş verən prosesləri şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, hazırda baş verənlər Nəcməddin Sadıkovun yaratdığı despotuna öyrəşmiş hərbçilərin yeni idarəetməyə alışmamasından qaynaqlanır:

“Nəcməddin Sadıkov orduda bir despot yaratmışdı. O gedəndən sonra, onun yerinə milli, intiligent şəxs gəldi. Hiss olunur ki, ordu bu cür idarəetməyə alışmayıb. Quru Qoşunları yaradıldı, ora komandan Ənvər Əfəndiyev təyin olundu. Onun savadına, təhsilinə heç kim bir söz deməsə də, onu yaxından tanıyanlar deyirdi ki, onun tabeliyində olanlarla dil tapmaqda problemləri var. Ənvər Əfəndiyevin bu problemi özünü göstərməkdədir. Mənim yaxşı tanıdığım, ordumuzun ilk təməl daşlarını qoyanlaran biri olan rəhmətlik polkovnik Balağa Rzayevin oğlu Mübariz Rzayevin korpus komandiri olması bizi sevindirirdi ki, orduda belə bir kadr var. Azərbaycan Rusiya, Türkiyədən cavan dövlətdir və dərin dövlət anlayışı yoxdur. Azərbaycanın ordusu da cavandır. Burada əsas meyarlardan biri ordu, zabit ənənəsinin yaranmasıdır. Ola bilsin, bizdə polis ənənəsi var. Kiminsə babası, atası polis ola bilər. Ancaq milli ordumuzun ənənəsi indi təşəkkül tapmaqda idi. Bunun da nümunələrindən biri Mübariz Rzayev idi. Bu gün Mübariz Rzayevin özünün dəfələrlə ordu sıralarından getmək istəməsi bizi düşündürməyə vadar etməlidir. Bizim kadrların öz xoşu ilə və ya bezib uzaqlaşması, “vurulub” çıxarılması, bəzi zabitlərin tənqidə tuş gətirilməsi, tənqidə tuş gəlməyənlərin, prezidentin də etibar etdiyi Hikmət Mirzəyevin iyrənc yolla gündəmə gətirilməsi onu göstərir ki, hansısa proseslər gedir. Qalib sərkərdələr kiminsə xoşuna gəlmir. Ona görə də, bu məsələlərin hamısı açılmalı və ictimaiyət bunun üzərinə getməlidir. Bizim qalib orduda belə şeylərin olmasına yol vermək olmaz. Kadrların gündə birini yetişdirə bilmirik. O kadrlar uzun illərə yetişib və onların hələ də potensialı var. Prezident onlara general rütbəsi veribsə, niyə onları ordudan uzaqlaşdırırıq? Əgər Mübariz Rzayev atasının təməl daşını qoyduğu ordudan israrla gedirsə, bunun üzərinə getməliyik. Yetişməyən kadrların da vəzifəyə qoyulmasının acı nəticələrini görmüşük. Əgər Quru Qoşunlarında belə problem varsa, bunu həll etməliyik.

Neqativ hallar var. Xaricdə olan internet TV-lərə buradan məlumatlar gedir. İsrarlı şəkildə kimlərsə ləkələndirilməyə çalışılır. Bunları açıqlasaq, bizi məhkəmə araşdırması gözləyə bilər, çünki əlimizdə fakt yoxdur. Gözlə görünən budur, oxuyanlar da oxusun. Əgər belə davam edəcəksə, bizim onsuzda itirməyə bir şeyimiz qalmayıb, bunları açıqlamağa məcburuq. Milli kadr dediniz, təyin edildi, imkan verin işləsin. Ən adi əsgər atasını dindirirsən, onun dedikləri kifayət edir. Hansı proseslər gedir, bunu hər kəs bilir. Ordu ümumxalq qurumdur. Hamının orada kimisə xidmət edir. Böyük bir orqanizmdir. Hər kəs vəzifə borcunu yerinə yetirməlidir. Toxunulmaz şəxs Nəcməddin Sadıkovun taleyindən ibrət götürsünlər”.

Səxavət Məmməd

www.yenicag.az

1246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv