!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Alla Puqaçova HƏBS OLUNA BİLƏR: Məhkəməyə və DİN-ə MÜRACİƏT EDİLDİ

!Reklam – Yazi

Puqaçova həbs oluna bilər. Rusiya Federasiyasının Konstitusiya Məhkəməsinə və Daxili İşlər Nazirliyinə müraciət edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, “Xalqın çağırışı” təşkilatının rusiyalı ictimai fəalları müğənni Alla Puqaçovanın Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsində birbaşa iştirakında şübhəli bilinərək dindirilməsini tələb edirlər.

Sənətçini internetdə rusları açıq şəkildə təhqir etdiyinə görə də cəzalandırmağa hazırlaşırlar.

“Xalqın çağırışı”nın fəalları Puqaçovanın “İnternetdə ictimai təhqir” adlı inzibati maddə ilə cəzalandırılmasını tələb edirlər.

Qeyd olunur ki, qeyri-hökumət təşkilatının nümayəndələri müğənninin dindirilməsi xahişi ilə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə və daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət ediblər.

Xatırladaq ki, Alla Puqaçova Rusiyaya noyabrın 2-də qayıdıb. O, Ukraynada müharibə başlayandan sonra əri Maksim Qalkin ilə birlikdə Rusiyanı tərk edib.

Onlar İsrailə köçüblər. Qalkin Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb. Alla Puqaçova əri ilə həmrəylik əlaməti olaraq xarici agent statusunun verilməsini istəyib.

Xuraman Etibarlı

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv