!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Allahdan ən böyük mükafatım...” – Akif İslamzadə ilə MÜSAHİBƏ

!Reklam – Yazi

Tanınmış sənətkar Akif İslamzadənin yubileyidir.

75 illik yubileyi olan bənzərsiz səs sahibi təəssüratlarını Yenicag.az-la bölüşüb:

– Bilirik ki, təmtəraqdan qaçırsınız, doğum gününüzü harada kiminlə qeyd etməi planlaşdırırsınız?
– Birazdan bağa gedəcəm və doğum günümü bağda doğmalarının əhatəsində qeyd edəcəm. Hesab edirəm ki, təmtərağa ehtiyac yoxdur.

– Yaş üstünə yaşın gəlməsi həm də rəqəmlərin dəyişməsi deməkdir. Bu, sizi narahat etmir ki?
– Qətiyyən. Rəqəmlərin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Cəlaləddin Ruminin sözüdür: “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Biz həmişə çalışmışıq olduğumuz kimi görünək, görüdüyümüz kimi də olaq.

– Hədiyyələrə münasibətiniz necədir, sevirsinizmi?
– Mənə telefon açıb, diqqət göstərib təbrik edirsiz, bu, mənim üçün ən böyük hədiyyədir.

– Ömrünüzü rənglərə bölsək, əlvan rənglər çox olub, yoxsa qara, boz rənglər?
– Bu, həyatdır. Enişi də var, yoxuşu da. Amma bu həyat enişi ilə də, yoxuşu ilə də mənim həyatımdır..

– Xoşbəxt həyat yaşamısız?
– Bəli. Həyatımdan çox razıyam. Siz mənə telefon açanda dediniz bütün sosial şəbəkələr, hara baxırsan mənim fotomu yerləşdiib, təbriklər yazırlar. Bu, elə sualınıza ən böyük cavabdır.

– Allahdan ən böyük mükafatınızı almısınızmı, ya hələ gözləyirsiz?
– İnşallah. Onu hələ bilmirəm, gərək bu həyatı yaşayaq. Yəni o mükafatı, əşrəf adını versə, əgər… Bunu Allah özü bilir.

– Sənət adamı olaraq ən böyük arzunuz?

– İnsanlarımız, cəmiyyətimiz bir-birinə qarşı diqqətli olsunlar. Bu məmləkəti, insanları sevsinlər. Bir-birinin qədrini bilsinlər. Bir-birimizin qədrini bilməsək, bizə heç kim qiymət verməz.

– Biz sizin musiqilərinizlə yaşayıb, zövq alırıq. Bəz özünüz hansı musiqiləri dinləyib feyziyab oulrsunuz?
– Sənətkarlarımızın adını sadalasam, çətin qurtarar. Üzeyir bəydən bəhrələnmişik, o, bizim hamımızın ustadıdır. Mənə də deyirdilər ki, xalq mahnıları ilə müasir sintez, filan… Xeyr, biz bunu etməmişik, bunun hamısını Üzeyir bəy edib. Biz formanı dəyişmişik. Ona görə də bizə şəxsiyyət olaraq, musiqiçi olaraq örnək Üzeyir bəydir.

– Bəs öz musiqilərinizdən ən çox hansını son vaxtlar daha tez-tez zümzümə edirsiz?
– Bu halımdan, ovqatımdan açılıdır. Əhvalımdan asılı olaraq “Bura vətəndir” də ola bilər, “Qaragilə”, “Sarı gəlin” də…

Cəvahir

www.yenicag.az

1421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv