!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Allahın rənginə boyanmış Şəhidim” - Tanınmışlar qəhrəmanlarımızı YAD ETDİLƏR

!Reklam – Yazi

“Allahın rənginə boyanmış Şəhidim. Azərbaycan səmasında yeri nurlandıran Günəş hər gün sizi xatırladacaq. Qəhrəmanlar ölmür…”

Yenicag.az xəbər verir ki, bunu tanınmış aktrisa, əməkdar artist Gülzar Qurbanova Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günündə fikirlərini bölüşərkən bildirib.

Digər sənət adamları da Vətən fədailərini yad ediblər.

Xalq artisti Mənsum İbrahimov qardaşı Zülfüqar İbrahimovun oğlu 2-ci Qarabağ müharibəsində Laçın uğrunda gedən döyüşlərdə şəhid olan İsrafil İbrahimovun fotosunu paylaşıb. Xanəndə onun timsalında bütün şəhidləri anıb:

“Allah cəmi şəhidlərimizə rəhmət eləsin!”

Xalq artisti Brilliant Dadaşova torpaq uğrunda canını fəda edənləri illər əvvəl lentə aldırdığı “Haydı, haydı mərd oğullar” mahnısı ilə yad edib.

Xalq artisti, tanınmış aktyor Yasin Qarayev kədərini belə ifadə edib:

“Ey insanlar, zəfər fədaisi oğullarımızın Anım Günüdür! Şəhidlər ölkəsinin səmalarında onların müqəddəs ruhları, ulduzlar kimi əbədi parlayacaqdır!”

Xalq artisti Röya şəhidlərimizi ifa etdiyi “Yada düşürsən” adlı musiqi ilə yad edib:

“Bu musiqi şəhid Pərviz Əliyevin simasında Vətən uğrunda şəhadətə ucalan oğullarımıza ithaf olunur”.

Tanınmış aktrisa, Əməkdar artist Gülzar Qurbanova sentyabrın 27-ni xatiayıb:

“2020- ci il… 27 sentyabr… səhər saat 5 idi… oyandım, qışqırdım: Müharibə!!! Bu gün o gündür… Müharibə sən dəhşətlisən. Bir dəfə görüşəndən sonra sən unudulmazsan. Görüşdüyümüz vaxtdan sənin nəfəsini hələ də xatırlayıram. Anaların, ataların, qadınların, uşaqların, qocaların dəhşətli üzlərini, yaralıların ürək parçalayan iniltilərini, silahların gurultusunu, güllələrin fitini. Sən yollarına çıxan hər şeyi parçalayıb yandırırsan. Sən olan yerdə ağrı, kədər, nifrət, ölüm olur.

Sənin üzündən dostlarını, əzizlərini itirmiş insanlara vurduğun yara sağalmır. Sən ailələri dağıtdın, arzuları, ümidləri məhv etdin, milyonlarla can aldın. Səni görüm yox olasan.

Özünə və övladlarına ancaq xoşbəxtlik istəyən insanlardan da uzaq dur. Səninlə heç vaxt, heç kim görüşmək istəmir! Bütün acılara rəğmən, hər gün gözümüzü qamaşdıran günəşə qucaq açırıq. Allahın rənginə boyanmış Şəhidim. Azərbaycan səmasında yeri nurlandıran Günəş hər gün sizi xatırladacaq. Qəhrəmanlar ölmür. Onlar bizim qəlbimizdə yaşayır və yaşayacaqlar”.

Əməkdar artist, müğənni Lalə Məmmədova şəhadət zirvəsinə yüksələn şəhidlərə hər zaman borclu olduğumuzu xatırladıb:

“Biz onların hamısını tanımasaq da, onların hamısına borcluyuq. Adları qəlbimizdədir”.

Cəvahir

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv