!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Allergiya, mövsüm dəyişikliyi, qidalar: Nələrə əməl etməli? - Həkimdən TÖVSİYƏLƏR

!Reklam – Yazi

Hər il mövsüm dəyişəndə allergiyalı insanlar problem yaşayır. Bundan əlavə, toz, tozlu bitkilər və sitrus meyvələr bəzi şəxslərdə allergik reaksiyaları tətikləyir. Hal-hazırda da hava çox dəyişkəndir. Ötən aydan bəri hava gah soyuq, gah da günəşli olur.

Bəs həmin şəxslər allergiyadan qorunmaq üçün nə etməlidir? Hansı qidalar və bitkilərdən uzaq durmaq lazımdır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən allerqoloq Ramin Nəriman bildirib ki, allergik reaksiyalar həm qidalar, həm də mövsümlə bağlı ola bilər:

“Belə xəstəliklər asqırma və boğulma ilə müşahidə olunur. Yazda tozlanan bitkilərdən zeytun, şam, fındıq ağacları və çəmən otlarını misal göstərmək olar.

Kimlər ki, bu bitkilərə qarşı həssasdır, onlarda allergik reaksiyalar başlayır. Əlamətlərə daxildir: burun tutulması, ard-arda 15-20 dəfə asqırmaq, burundan şəffaf mayenin gəlməsi, qaşınma, yuxu və tənəffüsün pozulması, boğulma və gözün qızarıb qaşınması.

Tədbir aldıqda bu əlamətlər keçir. Müalicə almadıqda isə simptomlar hər il daha da ağırlaşır. Ona görə də bu problemlərdən əziyyət çəkən insanlar qoluna sınaq (priters) qoydurmalıdır və bilməlidir ki, nəyə qarşı allergiyası var”.

R. Nəriman allergik reaksiyalardan mümkün qədər qorunmağın yollarını da izah edib:

“Küləkli havada bayıra çox çıxmasalar daha yaxşı olar. Çıxsalar belə, maska, papaq və eynəkdən istifadə etməlidirlər. Küləkli havadan evə qayıdarkən duş almaq lazımdır. Üst geyimlər tez-tez dəyişilməlidir.

Küləkli havada qapı və pəncərəni açıq saxlamaq olmaz. Bundan əlavə, yaz vaxtı ev tozu gənələrinin sayı artır. Buna görə də, yorğan, döşək və yastıq üzləri tez-tez dəyişilməlidir. Eyni zamanda yataq otağında xalça olmamalıdır.

Həmçinin qatlı və tüllü pərdələrdən də istifadə edilməməlidir. Yalnız bir qatlı sintetik pərdələrin istifadəsi uyğundur”.

Şahanə Paşa

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv