!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alman-Azərbaycan Dostluq Cəmiyyəti BƏYANAT YAYDI: Bunu özümüzə borc bildik - FOTO

!Reklam – Yazi

Avropa ölkələrində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyəti Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar yardım bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, bəyanatda bildirilir:

“Biz, Almaniyanın Hannover şəhərində yerləşən Alman-Azərbaycan Dostluq Cəmiyyəti Qardaş Türkiyənin bir çox bölgəsində güclü zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması, təlafat və dağıntı xəbərlərindən dərindən kədərləndik. Bu çətin anda bizlər də Cəmiyyət olaraq təbii fəlakətdən zərər çəkən şəxslərə yardım etməyi özümüzə borc bildik. Bu məqsədlə xeyriyyə işlərinə cəlb olunmuş bir neçə fonda göndərdiyimiz pul və əşya yardımına əlavə olaraq, Cəmiyyətimizin fəal üzvü olan iş adamı Nəriman Rust zəlzələ qurbanlarına kömək məqsədi ilə Alman-Azərbaycan Dostluq Cəmiyyəti adından AFAD yardım fonduna 10 000 (on min) avro vəsait köçürüb”.

“Bir millət iki dövlət prinsipinə sadiq qalaraq bir daha bildirmək istəyirik ki, hər bir zaman qardaş türk xalqının yanındayıq. Qardaş ölkə Türkiyədə baş verən hadisələrlə bağlı zərərçəkən, ailələrini, körpələrini, yaxınlarını itirən çox saylı insanlara dərin üzüntümüzü bildirərək, başsağlığı veririk. Allahdan səbir diləyirik. Acınız acımız, qəminiz-qəmimizdir”, – deyə bəyanatda qeyd edilib.

 

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv