!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alman jurnalist Ukraynada Rusiya ordusunun atəşinə məruz qaldı

!Reklam – Yazi

Rusiyanın Ukraynanın Donbas bölgəsinə endirdiyi zərbə nəticəsində alman jurnalist yaralanıb.

Yenicag.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, iyulun 22-də yerli vaxtla saat 12:10-da Rusiya artilleriyasının açdığı atəş zamanı cəbhədən 20 km məsafədə olan “Deutsche Welle” media şirkətinin operatoru Yevgeni Şilko qəlpə yaraları alıb.

Ümumilikdə zərbələr zamanı bir ukraynalı əsgər həlak olub, digərləri isə ağır yaralanıb.

Müxbir Mattias Belinger və təhlükəsizlik işçisi Rusiyanın hücumunda xəsarət almayıb. Belinger yerli mətbuata müsahibəsində deyib ki, Rusiyanın hücumunun hədəfi çox güman ki, Ukrayna poliqonu olub.

“Biz Ukrayna ordusunun atəş açmasını lentə alırdıq ki, qəfildən bir neçə partlayış səsi eşitdik. Yerə uzandıq, növbəti partlayışlar oldu, gördük ki, yaralılar var. Sonradan Ukrayna ordusu bizim kasetli sursatlarla vurulduğumuzu təsdiqlədi”, – müxbir söyləyib.

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv