!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Almaniya Gülənçilərin Məkkəsinə çevrilib” – Avropada yeni FETÖ qalmaqalı

!Reklam – Yazi

Almaniya hökumətinin Federal Sol Partiyanın FETÖ terror şəbəkəsi ilə bağlı sorğusuna cavabı kəskin etiraz doğurub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Federal Sol Partiyanın parlamentdəki deputatları Ulla Yelpke, Jan van Aken, Kristine Buşholz, Andrey Hünko və Niema Movassat hökumətə “Almaniya hökumətinin Gülən hərəkatına münasibəti” başlığı altında 17 maddədən ibarət sorğu göndərib.

Hökumətdən bu sorğuya verilən cavab isə Federal Sol Partiyanın ciddi narazılığına səbəb olub. Partiya təmsilçiləri hökuməti riyakarlıqda ittiham ediblər.

Bundan başqa, gündəlik “Junge Welt” qəzetinin yazarı və Yaxın Şərq üzrə ekspert Nik Brauns “15 iyul çevriliş cəhdindən sonra Almaniya Gülənçilərin Məkkəsinə çevrilib” başlıqlı yazısında Almaniya hökumətinin FETÖ-nun çevrilişə təşəbbüs göstərdiyini inkar etdiyini yazıb:

“Sol Partiyanın parlament qrupu adından hökumətə göndərilmiş sorğudan belə anlaşılır ki, Almaniya hökumətinin Gülən hərəkatı ilə bağlılığı var. Buna misal olaraq, Gülən hərəkatının dəstəkçilərindən biri sayılan “Dialoq və Təhsil Vəqfi”nin Berlində, o cümlədən Almaniyanın bütün regionlarında fəaliyyət göstərdiyi qeyd edilib.
2015-16-cı illərdə Daxili İşlər Nazirliyində bu vəqfin də təmsil olunduğu bir işçi qrup yaradılıb. Sol Partiyanın sorğusuna cavabda Gülən hərəkatına yaxın olan İş adamları Dərnəyi (BUV) ilə Almaniya hökuməti arasında informasiya mübadiləsinin aparıldığı da etiraf edilib”.

Brauns daha sonra Almaniya kəşfiyyat qurumunun (BND) rəhbəri Bruno Kalın “Der Spiegel” jurnalına müsahibəsində 15 iyul çevriliş cəhdinin arxasında FETÖ-nun olduğuna inanmadığını bildirdiyini xatırladıb. O, FETÖ-nun ötən əsrin 70-ci illərindən etibarən, Türkiyənin ordu və polis sisteminə sızdığını vurğulayıb:

“BND rəhbəri Güləni sivil hərəkat hesab etməkdədir. Ancaq Gülən hərəkatı əslində, nə sekulyar, nə də sivil bir hərəkatdır”.

Maraqlıdır ki, Sol Partiyanın haqqında danışılan sorğusunda yer alan “Almaniya hökuməti FETÖ-nun 15 iyul çevriliş cəhdində iştirakı haqqında nə bilir” sualına cavab verməyən hökumət təmsilçiləri bu sükutu “məxfilik” prinsipi ilə əlaqələndiriblər.

Hökumətin cavabından məlum olur ki, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) sədri Hakan Fidan alman həmkarına 368 FETÖ-çunun və Gülən şəbəkəsinə məxsus 242 təşkilatın siyahısını təqdim edib.
Almaniya hökumətini ikiüzlülükdə ittiham edən Brauns yazısını belə tamamlayıb:

“Almaniya hökumətinin bu mövqeyi riyakarlıqdan başqa bir şey deyil. Hökumətin İş adamları Dərnəyi və “Dialoq və Təhsil Vəqfi” vasitəsilə Gülənçi qurumlarla əlaqəsi davam edir. Gülən hərəkatının sekulyar bir hərəkat olmadığını Almaniya hökuməti də qəbul etməlidir”.

Yeniçağ.Az

www.yenicag.az

1641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv