Reklam

Reklam

Almaniyanın müdafiə naziri ölkəsinin Türkiyə ilə yaşanan gərginliyi fonunda alman əsgərlərin “İncirlik” hərbi bazasından çıxarılmasının əleyhinədir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Ursula Fon der Leyen Berlinlə Ankara arasında gərginliyin yaranması səbəbindən alman hərbçilərin “”İncirlik” hərbi bazasından çıxarılmasının əleyhinə olduğunu bildirib:

Bunu “Türkiyəyə mesajdan daha çox İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyanın işini çətinləşdirəcək addım” kimi qiymətləndirən nazir alman əsgərlərinin “İncirlik”də Türkiyə üçün yox, İŞİD-lə mübarizə məqsədi ilə xidmət etdiklərini söyləyib. U.Fon der Leyenin sözlərinə görə, alman əsgərlərin “İncirlik”dən çıxarılması Almaniyanı İŞİD-lə mübarizədən qoparacaq.

Xanım nazir Türkiyənin NATO-da qalmasının vacibliyini də dilə gətirib. Türkiyənin NATO üzrə “çox da rahat müttəfiq olmadığını” qeyd edən U. Fon der Leyen bu barədə belə danışıb: “Heç kim düşünməsin ki, Türkiyə NATO-dan çıxarsa, bizə daha rahat qulaq asacaq və münasibətlər normal qalacaq”.

Bu arada Almaniyada keçirilən rəy sorğusuna qatılan respondentlərin 38,8 faizi “İncirlik”dəki alman əsgərlərin geri qaytarılmasını, 40,18 faizi isə başqa ölkəyə göndərilməsinə tərəfdar olub. Rəyi soruşulanların cəmi 14,8 faizi alman əsgərlərin “İncirlik”də qalmasının vacibliyini düşünüb.
Qeyd edək ki, Almaniya “İncirlik” hərbi bazasında 270 əsgər və 6 ədəd “Tornado” kəşfiyyat təyyarəsi saxlayır.

Yeniçağ.Az

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 60
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."