!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya iqtisadi cəhətdən ÇƏTİN DURUMDA - İndi də uşaqlı ailələrin puluna GÖZ DİKDİ

!Reklam – Yazi

Almaniyada yüksək gəlirli ailələrə “Valideyn müavinəti” verilməməsi müzakirə edilir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Yaşıl Federal Ailə Naziriliyi illik gəliri 150 min avrodan çox olan ailələrə gələn ildən etibarən ödəniş edilməməsini təklif edib.
Almaniya Yaşlılar və Azad Demokrat partiyası (FDP) isə illik gəliri 200.000 min avroya qədər olan ailələrə daha az “Valideyn Müavinəti” ödənişini etməyi təklif edib.

Almaniyada mövcud qanunlara görə, doğuşdan əvvəl və sonra işdən ara verən cütlüklərə 2-12 ay arasında xalis qazanclarının 65 faizi həcmində minimum 300, maksimum 1800 avro ödənilir.

Oktyabrın 8-də Bavariyada keçiriləcək Əyalət Parlamenti seçkilərində FDP-nin lideri namizədliyinə qatılacaq Martin Hagen illik gəliri 150 min Avrodan çox olan cütlüklərə “Valideyn müavinəti”nin ödənilməməsinin ucqar bölgələrdə yaşayanları çətin vəziyyətə salacağını bildirib:

“150 min avro çox pul kimi görünür. Ancaq bir neçə akademik bu pulu hazırda qazanır. Halbuki Münhen kimi bahalı şəhərdə insanların xərcləri də çox yüksəkdir. Bu vəziyyət nəzərə alınmalıdır”.

Sadiq Cavadov

www.yenicag.az

225
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv