!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya iqtisadiyyatında GERİLƏMƏ: Avropa İttifaqının “lokomotiv”i yerində sayır

!Reklam – Yazi

Avropanın ən böyük iqtisadiyyatına malik olan Almaniyada geriləmə qeydə alınıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, nüfuzlu “Financial Times” nəşri Almaniya iqtisadiyyatının ötən ilin son rübündə əvvəlki rüblə müqayisədə 0,2 faiz kiçildiyini yazıb.

Məlumata görə, 2022-ci ilin üçüncü rübündə qeydə alınan 0,5 faizlik artımdan sonra belə bir geriləmənin qeydə alınması kəskin azalma kimi qiymətləndirilib:

“Almaniya iqtisadiyyatı çətin şərtlərə baxmayaraq, ilk üç rübdə dayanıqlılıq göstərsə də, dördüncü rübdə vəziyyət əhəmiyyətli dərəcədə dəyişib.

Mütəxəssislərin fikrincə, Almaniya iqtisadiyyatında geriləmənin əsas səbəbi istehlak xərclərinin artmasıdır. Bu ilk növbədə enerji daşıyıcılarının bahalaşması və Avropa Mərkəzi Bankının uçot dərəcələrini artırması ilə əlaqədardır. Hər iki amilin iqtisadiyyata mənfi təsir göstərdiyi bildirilir.

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv