Almaniya kansleri Olaf Şolts Rusiyanı Ukraynanı ələ keçirməkdə ittiham edib.
Yenicag.az xəbər verir ki, Şolts bu barədə partiya iclasında deyib.
O bildirib ki, müharibənin başlanmasının səbəbi Moskvanın imperialist maraqlarıdır.
“Rusiya imperialist maraqları rəhbər tutaraq Ukraynaya hücum etdi. Aqressiv müharibənin məqsədi əraziləri ələ keçirməkdir. Almaniya bunu qəbul etmir”, – kansler vurğulayıb.
Qeyd edək ki, Almaniya müharibənin ilk günündən etibarən Ukraynaya dəstək verir, ölkəyə humanitar və hərbi yardımlar göndərir, Rusiyaya sanksiyalar tətbiq edir./Report/