!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya kansleri: “Müharibənin başlanmasının səbəbi Moskvanın imperialist maraqlarıdır”

!Reklam – Yazi

Almaniya kansleri Olaf Şolts Rusiyanı Ukraynanı ələ keçirməkdə ittiham edib.

Yenicag.az xəbər verir ki, Şolts bu barədə partiya iclasında deyib.

O bildirib ki, müharibənin başlanmasının səbəbi Moskvanın imperialist maraqlarıdır.

“Rusiya imperialist maraqları rəhbər tutaraq Ukraynaya hücum etdi. Aqressiv müharibənin məqsədi əraziləri ələ keçirməkdir. Almaniya bunu qəbul etmir”, – kansler vurğulayıb.

Qeyd edək ki, Almaniya müharibənin ilk günündən etibarən Ukraynaya dəstək verir, ölkəyə humanitar və hərbi yardımlar göndərir, Rusiyaya sanksiyalar tətbiq edir./Report/

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv