!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya kansleri poliqonda Ukrayna hərbçiləri ilə görüşdü – FOTO

!Reklam – Yazi

Almaniya kansleri ölkəsində təlim keçən Ukrayna hərbi kontingentini ziyarət edib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts ölkənin ən böyük poliqonlarından biri olan “Putlos”da “Gepard” özüyeriyən artilleriya qurğularının mənimsənilməsi üzrə təlim keçən Ukrayna hərbçilərinə baş çəkib.

Kansler təlimin gedişi ilə maraqlanaraq Almaniyanın Ukraynaya əlavə silahlar göndərəcəyini vəd edib:

“Almaniya Ukrayna ordusuna ehtiyac duyulan səviyyədə optimal yardım göstərmək istəyir. Ölkəmiz bu çərivədə özünü, suverenliyini müdafiə etmək hüququna malik olan Ukraynaya müasir və effektli silahlar göndərir”.

O, Almaniyanın Ukraynaya göndərəcəyi ağır silahlar sırasında özüyeriyən haubitsaları, reaktiv yaylım atəşi sistemləri və “IRIS-T” zenit-raket kompleksləri göndərməyə davam edəcəyini vurğulayıb.

Şolts “Gepard” sistemlərinin imkanları ilə tanış olub və həmin texnikanın fonunda şəkil də çəkdirib.

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv