Almaniya millimizi qapazALTI etdi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar baş tutub.

Yenicag.az xəbər verir ki, 5-ci qrupda çıxış edən Azərbaycan millisi də üçüncü matçını keçirib. Turnirə uğursuz başlayan yığmamız səfərdə Almaniya ilə görüşüb.

Kotbus şəhərində təşkil olunan bu oyun yığmamız üçün Samir Ələkbərovun debütü ilə əlamətdar olub. Lakin İsrail və İrlandiyaya eyni hesabla (1:3) uduzan komandamız yeni baş məşqçi ilə daha biabırçı məğlubiyyətə üzülüb.

AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup
6 oktyabr

Almaniya – Azərbaycan 6:1
Qol: F.Oxs, 8; 37. M.Dahud, 34. A.Krivostyuk, 53-öz qapısına. M.Hartel, 72. S.Toyxert, 83 – İ.Səfərzadə, 86.
Baş hakim: Vilyalmur Torarinsson.
Kotbus. “Frendşaft” stadionu.

Almaniya: 1. Aleksandr Nübel, 2. Benjamin Henriks, 3. Lukas Klostermann, 4. Conatan Ta (k), 5. Timo Baumqartl, 8. Mahmud Dahud, 9. Feliks Platte, 11. Sedrik Toyxert, 15. Filipp Oxs, 18. Marsel Hartel, 20. Tilo Kerer.
Ehtiyat oyunçular: 12. Svend Brodersen, 13. Maksimilian Eggeştayn, 14. Paskal Ştentsel, 17. Florian Noyhaus, 19. Yohannes Valdşmidt, 22. Yanni Serra.
Baş məşqçi: Ştefan Kunts.
Azərbaycan: 12. Mustafa Özhitay, 2. Serkan Taşkın, 4. Bəhlul Mustafazadə (k), 5. Serkan Baloğlu, 7. Ehtiram Şahverdiyev, 8. Qismət Alıyev, 11. Budaq Nəsirov, 16. İlyas Səfərzadə, 18. Anton Krivostyuk, 19. İlkin Sadıqov, 21. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 3. Vüqar Həsənov, 14. Pərviz Qaraxanov, 15. Oleq Hüseynov, 17. Əlibəy Məmmədli, 20. Eltun Turabov, 23. Fəhmin Muradbəyli.
Baş məşqçi: Samir Ələkbərov.

COP29