!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya Rusiyadakı konsulluqlarını BAĞLADI

!Reklam – Yazi

Almaniya Rusiyadakı konsulluqlarını bağlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniyanın diplomatik missiyasının saytında yerləşdirilən məlumatda bildirilir. Məlumata görə, Almaniyanın Yekaterinburqdakı Baş Konsulluğu bağlanıb.

“Yekaterinburqdakı Baş Konsulluq bağlanıb. Lütfən, Almaniyanın Moskvadakı səfirliyi ilə əlaqə saxlayın”, – saytın əsas səhifəsində deyilir.

Bundan əvvəl Almaniyanın Baş Konsulluğu dekabrın 1-i cümə günü Novosibirskdə fəaliyyətini dayandırıb.

Bir gün əvvəl, noyabrın 30-da Almaniya Kalininqraddakı baş konsulluğunu bağladığı məlum olub.

Ruslardan konsulluq və pasport məsələləri ilə bağlı Sankt-Peterburqdakı Baş Konsulluqla, viza məsələləri ilə bağlı isə Almaniyanın Moskvadakı səfirliyi ilə əlaqə saxlamağa çağırılıb.

Xuraman Etibarlı

www.yenicag.az

154
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv