!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Almaniya səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı və ondan izahat tələb olunmalıdır” – REAKSİYA

!Reklam – Yazi

“Azərbaycanda Türkiyənin maraqlarına zidd olan hər hansı fəaliyyətin qarşısı yerində alınmalıdır”.

Bu fikirləri Almaniyanın Bakıdakı səfirliyi ilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin anti-Türkiyə məzmunlu və terrorçu PKK-nın təbliğinə həsr olunan “Ayrı salınmış bacılar” (“Sisters apart”) filminin paytaxtda nümayiş etdirilməsi cəhdinə münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Almaniya səfirliyinin bu fəaliyyəti diplomatik etiket və səlahiyyət çərçivəsini aşır:

“Öncə qeyd etmək istərdim ki, Bakıda yerləşən kinoteatrların Türkiyə əleyhinə olan və terrorçu PKK-nı təbliğ edən bir filmin nümayişinə razılıq verməmələri təqdir edilməlidir.

Bu mənada Almaniya səfirliyi ilə Avropa İttifaqının bu anlaşılmaz israrı təəccüb və hiddət doğurur. Azərbaycanda fəaliyyət göstərən diplomatlar ölkəmizlə Türkiyə arasında münasibətlərin hansı səviyyədə olduğunu çox yaxşı bilirlər.

Onu da anlayırlar ki, Azərbaycanda Türkiyənin, Türkiyədə isə Azərbaycanın əleyhinə yönələn hər hansı fəaliyyətə baş vurmağın nəticəsi nə ola bilər. Hesab edirəm ki, Almaniya səfirliyinin bu fəaliyyəti diplomatik etiket və səlahiyyət çərçivəsini aşır.

Bu səbəbdən, Almaniya səfiri Xarici İşlər Nazirliyinə çağırılmalı və belə bir diplomatik hədsizliyə görə ondan izahat tələb olunmalıdır. Görün, onların həyasızlığı nə həddə çatıb ki, Bakıda Türkiyənin hədəfə alındığı və PKK-nın təbliğ olunduğu bir filmi Bakıda nümayiş etdirmək cəsarəti göstərirlər. Bu işi boş buraxmaq olmaz. Azərbaycanda Türkiyənin maraqlarına zidd olan hər hansı fəaliyyətin qarşısı yerində alınmalıdır.

Eyni zamanda, dövlətin müvafiq strukturları həmin filmin göstəriləcəyi anons edilən “Landmark” biznes mərkəzinə də xəbərdarlıq etməli, filmin nümayişinin qarşısı alınmalıdır”.

A.Zeynalov

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv