!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya şirkətlərinə zərbə: Banklardan yeni kredit ala bilmirlər

!Reklam – Yazi

Almaniya şirkətləri tənəzzül və iflas dalğası səbəbindən yeni kreditlər tapmaqda çətinlik çəkirlər.

Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, Alman İqtisadi Tədqiqatlar İnstitutu (İFO) şirkətlərin banklarla kredit danışıqlarına dair sorğunun nəticələrini dərc edib. Sorğunun nəticəsinə görə, Almaniya şirkətlərinin 24,3 faizi bankların kredit verməkdən çəkindiyini bildirib.

Sözügedən göstərici 2017-ci ildən bəri ən yüksək səviyyə kimi qeydə alınıb. Xidmət sektorunda kredit axtaran şirkətlərin 28,8 faizi bankların kredit vermək istəmədiyini qeyd ediblər. Pərakəndə satış sektorunda sözügedən nisbət 15 faizin altındadır.

İFO Sorğu Mərkəzinin direktoru Klaus Vohlreyb bildirib ki, mövcud iqtisadi proseslər bankları daha ehtiyatlı davranmağa vadar edib. Bu fonda bəzi şirkətlər yeni kreditlər olmadan həyatda qalmaqda çətinlik çəkə bilər.

Gülşən

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv