!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim etdi

!Reklam – Yazi

Almaniya Ukraynaya hava hücumundan müdafiə üçün daha 2 ədəd “Patriot” tipli buraxılış qurğusu verib.

Yenicag.az xəbər verir ki, bu barədə Almaniya federal hökumətinin hesabatında deyilir.

Almaniya hökumətinin rəsmi saytında qeyd olunur ki, yeni yardım paketinə, həmçinin 10 ədəd “Bandvagn 206” (BV206) tırtıllı yolsuzluq maşını, 6 525 155 mm-lik artilleriya mərmisi, partlayış təhlükəsi olan əşyaların zərərsizləşdirilməsi üçün materiallar; 5 ədəd sərhəd xidməti avtomobili, 4 ədəd “VESTOR” kəşfiyyat PUA-sı, 1 163 durbin, 6 ədəd “8×8 HX81” TIR-ı və 5 yarımqoşqu, 2 ədəd “8×6” tipli yükləmə-boşaltma maşını, 100 ədəd MG5 pulemyotu və 40 min ilkin tibbi yardım dəsti daxil olub.

Bundesverin anbarlarından Ukraynaya həm də 20 min qoruyucu eynək veriləcək. Almaniya hökuməti, həmçinin Ukraynaya partlayıcı obyektlərin utilizasiyası üçün materialların və yeni eynək partiyasının – 80 min ədəd ötürülməsi planlarını açıqlayıb.

Məlumatda qeyd olunur ki, tədarüklər təhlükəsizlik potensialının artırılması üçün Almaniya fondları tərəfindən maliyyələşdirilən sənaye ehtiyatlarından gəlir. Bəzi tədarüklərin təkmilləşdirilməsi lazımdır və ya istehsal davam edir; həmçinin təlim tədbirləri də keçirilir./Report/

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv