!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyada AES-lərdən istifadə dayandırıldı

!Reklam – Yazi

Almaniyada son üç atom elektrik stansiyası – “İsar-2”, “Nekkarvestheim-2” və “Emsland” elektrik şəbəkəsindən ayrılıb.

Yenicag.az xəbər verir ki, bu barədə DPA stansiyanın operatoru olan şirkətə istinadən məlumat yayıb.

Gecə saat 00.59 radələrində ən son Baden-Vyurtemberq federal torpağındakı “Nekkarvestheim-2” AES elektrik şəbəkəsindən ayrılıb.

Qeyd edək ki, AES-lərdən tədricən imtina barədə qərar 2011-ci ildə Angela Merkelin Baş nazir olduğu dövrdə Yaponiyada “Fukusima-1” AES-də baş verən qəzadan sonra qəbul edilib. Son AES-in elektrik şəbəkəsindən 1 yanvar 2023-cü ildən ayrılması planlaşdırılsa da, Ukrayna müharibəsi və enerji böhranı ilə bağlı AES-in istismar müddəti aprelin 15-dək uzadılıb./Apa/

www.yenicag.az

243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv