!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyada Azərbaycan vətəndaşına xəsarət yetirdilər 

!Reklam – Yazi

Almaniyada Azərbaycan Respublikası vətəndaşına xəsarət yetirərək qaçan şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, hadisə ötən ilin oktyabrında Köln şəhərində qeydə alınıb. Azyaşlı övladı ilə qatarda səyahət edən 37 yaşlı Azərbaycan vətəndaşı tüfeyli həyat sürən şəxsin fiziki zorakılığına məruz qalıb. Baş nahiyəsindən xəsarət alan Azərbaycan vətəndaşı növbəti stansiyada polisə məlumat verib.

Qatar vaqonlarındakı kamera görüntüləri əsasında araşdırma aparan Köln şəhər polisi ötən gün Azərbaycan vətəndaşına fizikin xəsarət yetirən şəxsi saxlayıb. 43 yaşlı şəxs hadisəni xatırlamadığını, həmin vaxt alkoqollu içkinin təsiri altında olduğunu deyib.

Saxlanılan şəxs məhkəməyə çıxarılıb və barəsində iki ay müddətinə həbs qətimkan tədibiri seçilib./Report/

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv