Almaniyada azərbaycanlının meyiti tapıldı

Almaniyanın paytaxt Berlin şəhəri yaxınlığında göldən azərbaycanlının meyiti tapılıb.

Yenicag.az-ın məlumatına görə, mərhumun 1979-cu il təvəllüdlü Seymur Məmmədov olduğu müəyyənləşib.

Onun bir aydır itkin düşdüyü bildirilir.

Hazırda Almaniyada yaşayan azərbaycanlılar dəfnlə bağlı məsələlərin həlli üçün ianə toplayır./Report/

COP29