!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniyada festivalda iğtişaşlar nəticəsində 20-dən çox polis əməkdaşı yaralandı

!Reklam – Yazi

Almaniyanın mərkəzi hissəsində yerləşən Gissendə (Hessen federal əyaləti) Almaniyada Eritreyalıların Mərkəzi Şurasının təşkil etdiyi festival zamanı iğtişaşlar nəticəsində azı 22 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə yerli polis öz tviter səhifəsində məlumat verib.

“İndiyədək 22 polis əməkdaşı xəsarət alıb, buna həmçinin daşatma səbəb olub”, – polisdən bildiriblər. Eyni zamanda qeyd olunur ki, hüquq-mühafizə orqanları festivalın keçirildiyi yerdə əraziyə basqın etməyə imkan verməyib. Polis açıqlayıb ki, iğtişaşçılar daş və butulka atıb, dalaşıblar, tüstü bombaları yandırıblar, hasarları yıxıblar və polis kordonlarını yarmağa çalışıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları dəyənəklərdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etməyə məcbur olublar.

İndiyədək azı 60 nəfər həbs edilib. Festival zamanı təhlükəsizliyi 1 000-dən çox polis əməkdaşı təmin edib.

Qeyd edək ki, festival artıq bir neçə dəfə Gissendə keçirilib. Bəzi hesablamalara görə, onun iştirakçıları Eritreyanın hazırkı hakimiyyətinin əleyhdarlarıdır. 2012-ci ildə Gissen şəhər şurası magistratdan festivala qarşı tədbir görməsini istəyib. Keçən il tədbir həm də iğtişaşlarla yadda qalıb, 26 ziyarətçi və 7 polis əməkdaşı yaralanıb.

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv