Almaniyanın Ukrayna üçün “HƏRBİ BÜDCƏSİ” – Hökumət məbləği açıqladı

Almaniya hökuməti Ukraynaya hansı həcmdə silah göndərə biləcəyini bəyan edib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Almaniya hökuməti Rusiyanın Ukraynaya hərbi təzavüzünün ilk 3 ayında sonuncuya 350,1 milyon avro dəyərində silah və hərbi təyinatlı başqa məhsulların göndərilməsini təsdiqləyib.

Bu barədə məlumat Almaniya İqtisadiyyat və Ətraf Mühit Nazirliyinin solçu deputat Sevim Dağdelenin sorğusuna cavabında əks olunub.

Qeyd olunur ki, Almaniya hökumətinin razılığı ilə fevralın 24-dən iyunun 1-nə qədər olan müddətdə Ukraynaya 219,8 milyon avro dəyərində silah və başqa məhsullar, həmçinin 85,2 milyon avro dəyərində dəbilqə və zirehli jiletlər göndərilib.

Məlumata əsasən, Almaniya Ukraynaya hələ ki yüngül silahlar – qumbaraatanlar, zenit raketləri, qumbaralar və 20 milyondan çox patron göndərib.

COP29