Yenicag.az–ın “Tərəfsiz söhbət” verilişinin növbəti buraxılışı dünya ölkələri üzrə orduların reytinqi və Azərbaycan Ordusu mövzusuna həsr olunub. Studiya qonağı ehtiyatda olan polkovnik Şair Ramaldanov sualları cavablandıraraq, orduların reytinq cəvdəlinin tərtib edilməsi, əsas götürülən hərbi göstəricilər, Azərbaycan Ordusunun inkişafı ilə bağlı ətraflı məlumat verib.
Sentyabrın 18-də Azərəbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.
“Əvvəllər ordumuzun şəxsi heyəti hərbi texnikanı sadəcə görürdü, texnikadan istifadə edə bilmirdi. Bu gün isə müasir texnikadan istifadə edərək döyüş qabiliyyətini artırır".
"Bu gün hərbi hissələrin təmir olunması, yenilərinin tikilib istifadəyə verilməsi, Azərbaycan əsgərinin və zabitinin bütün təminat formalarında şəraitinin yaxşılaşdırılması şəxsi heyətin döyüş ruhunun artmasına səbəb olur”.