!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alper Gezeravcının Yer kürəsinə dönüşü təxirə salındı

!Reklam – Yazi

Türkiyənin ilk astronavtı Alper Gezeravcının da yer aldığı Dragon Kosmik gəmisinin Yer kürəsinə qayıdışı Florida sahilindəki əlverişsiz hava şəraiti səbəbindən fevralın 5-nə təxirə salınıb.

Yenicag.az xəbər verir ki, SpaceX özünün X sosial media hesabında Ax-3 komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) yola salınmasının təxirə salındığı barədə açıqlama verib.

Açıqlamada, Dragon və Ax-3 ekipajının Florida sahillərindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-dən əvvəl İSS-i tərk etməyəcəkləri bildirilib.

Bəyanatda o da bildirilib ki, komandalar BKS-dən yola düşmə planları ilə bağlı hava şəraitini izləməyə davam edəcəklər.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib./Trend

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv