!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alternativ süd məhsullarının MƏNFİ CƏHƏTLƏRİ - ARAŞDIRMA

!Reklam – Yazi

Veqan və vegetarian qidalanma tərəfdarları yemək üçün bitki südündən istifadə edirlər. Ortaya maraqlı sual çıxır: İstifadə olunan alternativ süd sağlamlığa xeyirdir, yoxsa ziyan?

Yenicag.az alternativ süd məhsullarının sağlamlığa təsiri haqqında araşdırmanı oxuculara təqdim edir.

Amerika Qidalanma Cəmiyyəti Bostonda keçirilən 2023-cü il illik hesabat təqdimatında bitki əsaslı süd məhsullarının insanlar üzərindəki nəticələrini araşdırma şəklində cəmiyyət üçün yayımlayıb.

Araşdırma 23 müxtəlif istehsalçının 233 bitki mənşəli süd məhsulları üzərində aparılıb. Məlum olub ki, cəmi 28 məhsul inək südü qədər və ya daha çox protein, D vitamini və kalsiumla zəngindir.

Yulaf südünün 76%-i, soya əsaslı məhsulların 69%-i, badam südü alternativlərinin 66%-i həm kalsium, həm də D vitamini ilə təmin olunub.

İnək südü laktoza adlı təbii şəkərə görə bir qədər şirindir. Bitki mənşəli südlər təbii olaraq şirin olmaya bilər. Bəzi markalar bitki südünün hazırlanmasında şəkərdən istifadə edir.
Orta hesabla bitki mənşəli süddə təxminən 2 qram protein var. Əgər çox protein əldə etmək istəyirsinizsə, soya və noxuddan hazırlanmış südlər daha əlverişlidir. Bu məhsullardan hazırlanan südün bir stəkanında təxminən 6-10 qram protein olur.

Tədqiqatın aparıcı müəllifi Ebigeyl Conson 28 məhsul haqqında “təxminən yarısı D vitamini ilə, üçdə ikisi kalsiumla,, 20%-i inək südü ilə eyni protein tərkibinə malikdir. Əgər istehlakçı bitki mənşəli südün süd məhsullarını tamamilə əvəz etdiyini düşünürsə, haqlı deyil”, – deyib.

Alternativ südləri təhlil edən Kaliforniyadakı Stenford Profilaktik Araşdırmalar Mərkəzinin tibb professoru, qidalanma mütəxəssisi Kristofer Qardner isə bitki mənşəli süd məhsullarının sağlamlıq üçün faydalı ola biləcəyini vurğulayıb:

“Bitki südü inək qədər qidalı deyil iddialarına tək cavabım var: Belə fikirləşmək sadəcə axmaqlıqdır. Bitki südündə doymuş yağ və lif var. İnək südündə xolesterin, doymuş yağ olsa da, lif yoxdur. Kalsium məsələsinə gəldikdə isə dünya əhalisinin dörddə üçü laktoza qarşı dözümsüzdür. Onlar kalsiumu başqa mənbələrdən alırlar”.

Xatırladaq ki, Ebigeyl Conson və komandası Minnesota Universitetində 20.000-ə yaxın qida üzərində aparılan araşdırma jurnallarını məlumat bazasında saxlayır. Bu məlumatlar tez-tez kənar tədqiqatçılar tərəfindən istifadə olunur.

Nəsimi Ələsgərli

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv