!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Altı hakim intizam məsuliyyətinə cəlb olundu

!Reklam – Yazi

Birinci instansiya məhkəmələrinin 6 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə Yenicag.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Məhkəmə-Hüquq Şurasının iclasında qanunvericiliyin tələblərinin pozulmasına, vətəndaşların haqlı narazılığını doğuran nöqsanlara görə apellyasiya məhkəməsinin 3, birinci instansiya məhkəmələrinin isə 6 hakimi intizam məsuliyyətinə cəlb olunub, digər 2 hakim barədə intizam icraatı başlanılıb.

Eyni zamanda, iclasda bildirilib ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsini şərtləndirib. Fərmanın icrası çərçivəsində məhkəmələrə əlçatanlıq yaxşılaşdırılıb, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi genişləndirilib, məhkəmə icraatında çevikliyin və şəffaflığın təmin edilməsi üzrə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Özəl ekspertiza və mediasiya kimi yeni institutların təsbiti, habelə sistem xarakterli nöqsanların aşkar edilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə əlavə mexanizmlərin yaradılması mühüm əhəmiyyət kəsb edib.

Fərmanın icrası çərçivəsində həmçinin, hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair yeni, daha təkmil Qaydalar qəbul edilib. Ötən dövrdə 300-dən çox hakimin fəaliyyəti həmin şəffaf qaydalar əsasında qiymətləndirilib, 30 hakimin işində peşəkar çatışmazlıqlar müəyyən edilib, onlardan 10 nəfərin səlahiyyətlərinə xitam verilib.

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv