!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Altsheymer xəstələri üçün nanənin FAYDALARI

!Reklam – Yazi

Siçanlar üzərində aparılan yeni bir araşdırma, mentolun tənəffüs edilməsinin Altsheymer xəstələrinin koqnitiv qabiliyyətlərini yaxşılaşdıra biləcəyini göstərib. Tədqiqatlar Altsheymer beyinə verdiyi bəzi zərərləri dayandıra biləcəyini üzə çıxarıb.

Yenicag.az xəbər verir ki, İspaniyada Tətbiqi Tibb Araşdırma Mərkəzin immunoloqu Xuan Xose Lasarte və həmkarları mentola məruz qalan siçanlarda interleykin-1-beta (IL-1β) zülalında azalma müşahidə ediblər.

Bu protein normal olaraq bədənin iltihab reaksiyasını tənzimləməyə kömək edir. Ancaq bu reaksiya nəzarətdən çıxdıqda zərər verə bilər.

Tədqiqatda müşahidə edilən IL-1b səviyyələrində azalma həm sağlam siçanlarda, həm də Altsheymer xəstəliyi olan siçanlarda idrak qabiliyyətlərinin yaxşılaşması ilə əlaqələndirilib. Bu müalicə siçanların idrak qabiliyyətlərinin və yaddaşının pisləşməsinin qarşısını alıb, həmçinin beyindəki IL-1β zülalını təhlükəsiz səviyyələrə qaytarıb.

Nəsimi Ələsgərli

www.yenicag.az

405
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv