!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMB-nin kibertəhlükəsizlik strategiyası: "Belə hallar baş verdiyi təqdirdə, vətəndaşlara..."

!Reklam – Yazi

“Fərdin datalarına müdaxilə və ya oğurluq halları baş verərsə, mütləq bu haqda vətəndaşlara məlumat verilməlidir”.

Bu fiiirləri Azərbaycan Mərkəzi Bankının “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası”nı şərh edən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Yenicag.az-a açıqlamasında səsləndirib.

O bildirib ki, ölkədə fəaliyyət göstərən bankların heç biri vətəndaşlara baş verən kiberhücumlarla bağlı açıqlama vermir:

“Əvvəlki dönəmlərdə də Azərbaycan Mərkəzi Bankının bu istiqamətdə qərarlarının şahidi olmuşuq və bunların bir çoxu beynəlxalq standartlara uyğun idi. Bununla belə, sözügedən qaydalar yalnız kağız üzərində qalırdı və bunun tətbiq edilmirdi. Nümunə üçün qeyd etmək olar ki, bununla bağlı beynəlxalq standartlarda müəyyən müddəalar vardır. Məsələn, ISO 27001 standartında vətəndaşın məlumat təhlükəsizliyinin təmin edilməsi üçün müəyyən tədbirlərin görülməsi vacib hesab olunur. Həmçinin burada qeyd olunur ki, hər hansısa fərd və ya kütlənin kiberhücum yoluyla datalarına müdaxilə və ya oğurluq halları baş verərsə, mütləq bu haqda vətəndaşlara məlumat verilməlidir. Buna uyğun olaraq qarşı tərəf özünümühafizə məqsədilə müvafiq tədbirlər görməlidir. Buna baxmayaraq, ölkədəki banklar bu qaydalara riayət etmir və belə hallar baş verdiyi təqdirdə, vətəndaşlara heç bir açıqlama verilmir. Biz isə bu tip qanunların əvvəlkitək kağız üzərində qalmasını deyil, real olaraq tətbiq edilməsini gözləyirik”.

Yusif Səmədzadə

www.yenicag.az

733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv