!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMEA-da “humanitar prezident” DÖNƏMİ: “Dəqiq elmlərə dair institutların nazirliyə verilməsi...” – Şahlar Əsgərov

!Reklam – Yazi

“Elmin inkişafı uzunmüddətli proses olduğu üçün indidən bu barədə nəsə söyləmək çətindir”.

Bu fikirləri filoloq-akademik İsa Həbibbəylinin Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilməsinə münasibət bildirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, humanitar sahə üzrə ixtisaslaşmış İsa Həbibbəylinin AMEA prezidenti seçilməsində problemli heç nə yoxdur:

“Qeyd edim ki, müvafiq struktur dəyişikliyindən sonra AMEA-nın nəzdindəki dəqiq elmlərin tədqiq edildiyi institutlar Elm və Təhsil Nazirliyinin nəzdinə keçirilib.

O baxımdan, Akademiyada əsasən, humanitar institutlar qalıb və yeni prezident də ədəbiyyatşünasdır, bu sahədə tanınmış alimdir. Yəni humanitar sahə üzrə ixtisaslaşmış İsa Həbibbəylinin AMEA prezidenti seçilməsində problemli heç nə yoxdur. Ona uğurlar arzulayıram. İnanıram ki, hər şey yaxşı olacaq.

Ümumiyyətlə, elm o qədər mürəkkəb sahədir ki, oraya əkilən toxumlar gec bəhrə verir. Dəqiq elmlər üzrə institutların fəaliyyəti haqqında məlumatım yoxdur. Ola bilər, bu səbəbdən mən hələ ki hər hansı bir fərq hiss etmirəm. Amma güman edirəm ki, fərq olacaq”.

A.Zeynalov

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv