AMEA-da kütləvi ixtisarlar başladı – Təfərrüat

Azərbaycan Milli Elmlər Akademiyasında ixtisarlar aparılır.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, bu ilin sentyabr ayından başlayaraq AMEA-nın müxtəlif institutlarında işçilər ixtisar edilir.

Mənbəmizin verdiyi məlumata görə, işçilərin işdən çıxarılması demək olar ki, bütün institutları əhatə edir.

Bundan əlavə AMEA-da bir neçə institutun da ləğv edilərək, digərləri ilə birləşməsi söhbətləri yayılıb. Bir-birinə yaxın, törəmə institutlar ləğv ediləcək və digər institutlara birləşdiriləcək. Bu zaman isə ləğv edilmiş institutun texniki və bəzi işçiləri işini itirəcək.

Əldə etdiymiz məlumata görə, AMEA bu addımı atmaqla əlavə xərclərdən qurtulmağı hədəfləyir.

Səxavət Məmməd