!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMEA-nın keçmiş prezidentinin dəfn olunacağı yer AÇIQLANDI - YENİLƏNDİ

!Reklam – Yazi

Ötən gün axşam vəfat edən Azərbaycan Elmlər Akademiyasının eks-prezidenti Eldar Salayev II Fəxri Xiyabanda dəfn olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, II Fəxri Xiyabanda əvvəlcə vida mərasimi keçiriləcək.

Vida və dəfn mərasimində AMEA rəhbərliyi və akademiklər iştirak edəcək.

 

*** 10:50

 

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev vəfat edib.

Yenicag.az xəbər verir ki, o, ötən gün 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Salayev Eldar Yunus oğlu 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində anadan olub.

1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib.

1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti olub.

Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.

E.Salayev 420 elmi əsərin və 88 ixtiranın və patentin, 4 mono­qra­fiyanın müəllifidir. “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv