!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“AMEA-nın prezidenti postuna orta statistik bir şəxsin seçilməsi...” – Professorun SEÇİM GÖZLƏNTİSİ

!Reklam – Yazi

“Güman edirəm ki, AMEA-nın yeni prezidentinin seçilməsinə yüksək səviyyədə diqqət yetiriləcək”.

Bu fikirləri Milli Elmlər Akademiyasının (AMEA) prezidentliyinə fevralın 19-da keçiriləcək seçkilərə dövlətin müdaxilə etməsinin, yoxsa prosesi öz axışına buraxmasının məqsədəuyğunluğunu dəyərləndirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, seçim elitar alimlər arasında aparılmalı, həmin posta yaxşıların yaxşısı seçilməlidir:

“Bəli, AMEA-nın prezidenti dövlət üçün çox əhəmiyyətli vəzifədir. Mən AMEA-nın prezidenti postuna orta statistik bir şəxsin seçilməsinin tərəfdarı deyiləm. O vəzifəyə seçim elitar alimlər arasında aparılmalı, həmin posta yaxşıların yaxşısı seçilməlidir.

Sizcə, ölkənin işləyən əhalisinin aldığı maaşda elmin payı nə qədərdir? Bilməyənlər üçün deyim ki, aldığımız maaşda elmin payı təqribən altmış faizdir. Bunun çox sadə isbatı var.

Məsələn, onillər əvvəl bizim alimlərimiz dənizdə neft tapmasaydılar, onun çıxarılmasını və dünyaya nəqlini təmin etməsəydilər, neftin hər barrelindən büdcəmizə pul gəlməsəydi, əhalinin alacağı maaş necə ödənilərdi? Cəmiyyət bunu bilməlidir.

Deməli, elm dövlətə maddi qazanc gətirən bir sahədir. Ancaq elm də o zaman pul gətirər ki, elmi idarəetmənin sükanı arxasında özünü fəda etməyə hazır olan alim dayansın. Əks halda, elm dövləti yedirtməyəcək, özü ondan yeyəcək. Ona görə də, güman edirəm ki, AMEA-nın yeni prezidentinin seçilməsinə yüksək səviyyədə diqqət yetiriləcək.

Sizə elmlə bağlı ibrətli bir əhvalatı danışım. Bir alim Napoleonun qəbuluna gələrək, dövrünə görə ən sürətli gəmini hazırlaya biləcəyini, bunun üçün pul lazım olduğunu deyib. Napoleon isə cavab verib ki, “Bütün dünya mənə baş əyir, o gəmiyə ehtiyacım yoxdur”, – deyərək, alimi qovur.

On ildən sonra Napoleon taxtdan salınır və gəmi ilə Müqəddəs Yelena adalarına göndərilir. Səfər zamanı Napoleon görür ki, üzərinə “Fluton” yazılmış gəmi onun getdiyi gəmini ildırım sürətilə ötüb keçir. Napoleon əlini gicgahına söykəyərək, öz-özünə deyir ki, hə, mən indi yox, on il əvvəl o alimi saraydan qovanda uduzmuşam.

Bu əhvalat elmin nə qədər vacib, əhəmiyyətli olduğunu göstərən sadəcə, bir nümunədir”.

A.Zeynalov

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv