!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AMEA prezidenti: "Qarabağ" adının yazılışı vahid formada olmalıdır"

!Reklam – Yazi

“Qarabağ” adının yazılışı vahid formada olmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Rəyasət Heyətinin növbəti iclasında deyib.

O qeyd edib ki, ötən iki il ərzində ölkə başçısının Vətən müharibəsindəki xilaskarlıq və quruculuq missiyası lazımi şəkildə elmi ədəbiyyatda əks olunmayıb və bu istiqamətdə kompleks yanaşmaya, fundamental tədqiqatlara ehtiyac vardır: “Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, “Qarabağ” adının yazılışı vahid formada olmalıdır və beynəlxalq arenada “Karabakh” formada əks olunması doğru yanaşma deyil. Artıq Türkiyə parlamenti “Türkiyə” adının “Turkey” kimi deyil, “Türkiyə” kimi yazılışı ilə bağlı qərar qəbul edib və düşünürəm ki, biz də “Qarabağ” adının vahid formada “Qarabağ” şəklində yazılışı ilə bağlı müvafiq addımlar atmalıyıq”.

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv