!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikalı kəşfiyyatçıdan PROQNOZ: "Ukrayna əks-hücum əməliyyatlarında real nailiyyətlər əldə edə bilməsə..."

!Reklam – Yazi

“Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuzluğundan sonra Ukraynanın məğlubiyyətini etiraf etməli olacaq.”

Yenicag.az xəbər verir ki, bunu amerikalı keçmiş kəşfiyyatçı Skot Ritter Ukraynanın Rusiyaya qarşı başlatdığı əks-hücum əməliyyatları barədə danışarkən deyib.

O, əks-hücum əməliyyatında gözlənilən nəticənin əldə edilməyəcəyini vurğulayıb:

“Zelenski NATO sammiti ərəfəsində ordusu üçün böyük hərbi uğurlar görüntüsü yaratmağa çalışır. Lakin heç də belə deyil. Sadəcə olaraq orada Ukrayna məsələsinin əsas müzakirə mövzusuna çevrilməsinə çalışırlar. Əks-hücuma başlamaq qərarı yalnız və yalnız siyasi səbəblərə görə verilib.
NATO-dan olan kuratorlara uyğun gələn ssenari həyata keçirilmədi. İyulun 11-də Vilnüsdə NATO sammiti başlayan zamana qədər Ukrayna ordusu əks-hücum əməliyyatlarında real nailiyyətlər əldə edə bilməsə, Zelenski uduzduğunu etiraf etməli olacaq. Nəinki Ukrayna lideri, hətta kollektiv Qərb məğlubiyyətini etiraf etməli olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv