!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikalı politoloqdan Moskva Bəyannaməsi ŞƏRHİ: "Tərəflər arasında daha sıx əlaqələr..." - Andryu Koribko

!Reklam – Yazi

“Bu həm də hər iki liderin bir-birini tamamlayan möhtəşəm strategiyalarının və əlaqəli regional baxışlarının uğurudur”.

Bu fikirləri Azərbaycanla Rusiya arasında imzalanan Moskva Bəyannaməsini dəyərləndirərkən amerikalı siyasi şərhçi Andryu Koribko Yenicag.az-a açıqlamasında deyib.

Koribko bildirib ki, sözügedən bəyannamə regionda davamlı inkişafa töhfə verəcək:

“Azərbaycan-Rusiya müttəfiqlik münasibətlərinə dair sənəd onların ikitərəfli əlaqələrində və Cənubi Qafqazın bütün tarixi üçün əlamətdar hadisədir. Münasibətlər faktiki olaraq həmin münaqişədən və Rusiya sülhməramlılarının Qarabağın bir hissəsinə razılaşdırılaraq göndərilməsindən sonra möhkəmləndi.

Prezidentlər – İlham Əliyev və Putin Cənubi Qafqaza xüsusi diqqət yetirməklə Avrasiyaya inteqrasiya proseslərinin hərtərəfli intensivləşdirilməsi ilə bağlı böyük strateji hədəfləri bölüşüblər. Bu geostrateji mövqeyə malik region Şərqi Avropa, Mərkəzi Asiya və Qərbi Asiyanı birləşdirməyə xidmət edə bilər. Zəngəzur dəhlizi və digər təşəbbüsləri bunu xeyli asanlaşdıracaq və beləliklə, region əhalisinə inkişaf gətirmək üçün daha böyük perspektivlər yaradacaq.

Bütün maraqlı tərəflər arasında daha sıx əlaqələr həm də onlar arasında münaqişə şanslarını azaldacaq və bu da öz növbəsində Cənubi Qafqazda davamlı sabitliyə kömək edəcək. Hər iki ölkənin lideri tədricən yaranan və daha ədalətli çoxqütblü dünya nizamına inanır. Onların müttəfiqlik münasibətlərinə girmək istəyi bu dönməz siyasi hadisələrin nəticəsidir və digər ölkələr üçün mühüm nümunədir.

Müşahidəçilərin Azərbaycan-Rusiya münasibətlərindəki son hadisələri izləməkdə qaldığı təəssürat ondan ibarətdir ki, çoxqütblü tendensiyalar Cənubi Qafqazı dönməz şəkildə formalaşdırmağa başlayıb. Bu bütün maraqlı tərəflər üçün son dərəcə faydalıdır və zamanla potensial olaraq sonsuz inkişaf perspektivlərini açmaqla yanaşı, regionda sabitləşməyə kömək edir. Bu həm də hər iki liderin bir-birini tamamlayan möhtəşəm strategiyalarının və əlaqəli regional baxışlarının uğurudur”.

www.yenicag.az

739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv