!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikalı rekordçu senator vəfat etdi 

!Reklam – Yazi

ABŞ Senatında respublikaçılar arasında ən uzun müddət mandata sahib olan senator Orrin Hetç 88 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə senatorun fondunun mətbuat xidməti bildirib:

“Hetç Fondu senator Orrin Hetçin vəfatını kədərlə bildirir. Siyasətçi şənbə günü axşam Solt-Leyk-Sitidə ailəsinin əhatəsində dünyasını dəyişib”.

Qeyd olunub ki, o, respublikaçılar arasında rekordla yanaşı, Yuta ştatının ABŞ Konqresinin yuxarı palatasında ən uzun müddət təmsil olunması rekorduna da sahib olub. Belə ki, siyasətçi 1977-2019-cu illərdə senator olub. Onun siyasi karyerası dövründə ölkədə yeddi prezident dəyişib. Senatda işlədiyi müddətdə O.Hetç 750-dən çox qanun layihəsinin müəllifi olub.

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv