!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerikanın ermənipərəst MÖVQEYİ: "Rusiyanın çıxması naminə ABŞ-nin buraya gəlməsini istəyirdim, lakin..."

!Reklam – Yazi

“ABŞ də, Rusiya da Səlib yürüşləri dövründən qalan zehniyyətin daşıyıcılarıdır”.

Bu sözləri ABŞ-nin regiona daxil olmasının müsbət və mənfi tərəflərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

 

Qabil Hüseynli bildirib ki, ABŞ də, Rusiya da xristian dünyasının nümayəndəsidir.

“ABŞ də xristian dünyasının nümayəndəsidir. Səlib yürüşləri dövründən qalan zehniyyətin daşıyıcılarıdır. Müsəlman aləmini sevmirlər. Əl içi böyda Ermənistanı qaldırıb başlarının üstünə qoyurlar. Faktları şişirdirlər. Yanlış məlumatlar yayırlar. Azərbaycana gözdağı verirlər.

Rusiyanın çıxması naminə ABŞ-nin buraya gəlməsini istəyirdim. Senatdakı dinləmələrdən, təhqirlərdən sonra bunun faydalı olacağını düşünmürəm.

ABŞ də, Rusiya da xristian ölkəsidir. Ancaq ABŞ Rusiyadan fərqli olaraq əhliləşib. Ermənilər onlarla işləyə bilirlər. O senatorların dediklərinin hamısı ermənilərin dedikləri idi”.

Səxavət Məmməd

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv