!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Amerikaya gedən Brilliantdan ÇAĞIRIŞ: “Hamınız ora gəlin”

!Reklam – Yazi

Xalq artisti Brilliant Dadaşova Amerikada konsert verəcək.

Yenicag.az xəbər verir ki, müğənni bu barədə özü açıqlamasında bildirib:

“Vaşinqtonda baş tutacaq “Orxideyanın səsi” adlı musiqili proqram mayın 3-də Vaşinqtonun məşhur Kennedi Mərkəzində təşkil ediləcək. Amerikada yaşayan bütün soydaşlarımızı konsertə dəvət edirəm. Konsertdə böyük bir musiqiçi qrupu iştirak edəcək. Belə ki, konsertdən əldə edilən gəlir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün yaradılan fonda köçürüləcək”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək xeyriyyə konsertində Xalq artisti Nəzakət Teymurova da iştirak edəcək. Konsertdən toplanan vəsait işğaldan azad olunan ərazilərdə minaların təmizlənməsi prosesində əlavə itlərin alınmasına sərf olunacaq.

Cəvahir

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv