!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amsterdamda "Xocalıya ədalət" konsert-rekviyemi təşkil olundu - FOTOLAR

!Reklam – Yazi

“Xocalıya ədalət”. Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK) təşkilatçılığı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə yerli musiqiçilərin iştirakı ilə təşkil olunan Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem belə adlanırdı.

Yenicag.az xəbər verir ki, fevralın 26-da Amsterdamda Azərbaycanın ən böyük diaspor təşkilatlarından olan Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI Qurultayı və Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş mərasimlərə start verilib.

“De Rode Hoed (The Red Hat)” Mərkəzində simfonik orkestrin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş rekviyem – konsertə yerli əhali böyük maraq göstərib.

Tədbir Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” Beynəlxalq Məlumatlandırma Kampaniyası çərçivəsində hazırlanmış qısa filmin təqdimatı ilə başlayıb. Daha sonra müxtəlif əsərlərdən musiqilər səsləndirilib.

Xocalını anma tədbiri Azərbaycan və dünya klassikasına aid olan həzin musiqi ifalarının müşayiəti ilə keçirilib.

Tədbirdə Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri, prezidentin köməkçisi Əli Həsənov, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov və komitənin digər rəhbər şəxsləri, xalq şairi Sabir Rüstəmxanlı, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, AAK -ın vitse-prezidenti, iş adamı Fizuli Məmmədov, eləcə də ölkə mediasının tanınmış simaları – “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, Gündəlik Teleqraf Media Holdinqin rəhbəri Aynur Camalqızı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azərbaycan-Türkiyə Evinin İcraçı direktoru, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, “Report” İnformasiya agentliyinin baş redaktoru Murad Əliyev, “Haqqin.az” və “Virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev və digər jurnalistlər iştirak edib.

Konsert-rekviemi izləyənlər arasında Hollandiyanın tanınmış ictimai-siyasi xadimləri, eyni zamanda vətəndaş cəmiyyətinin üzvləri və jurnalistlər, Avropa Azərbaycanlıları Konqresinin dünyanın bir çox ölkələrində yaşayan təmsilçiləri də olub.

Qeyd edək ki, fevralın 27-də Amsterdamda daha bir mötəbər tədbir keçiriləcək. Azərbaycanın ən böyük diaspor təşkilatlarından olan Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI Qurultayının açılışı olacaq. Əvvəlcə, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin hesabatı dinləniləcək. Mandat komissiyasının məlumatından sonra Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanlarının yeni tərkibi formalaşdırılacaq.

Panel müzakirələrində Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi keçiriləcək.

 

İkinci paneldə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avropa ölkələrində 1918-ci il 31 mart azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsi müzakirəyə çıxarılacaq.

“Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” (KİV və diapor təşkilatları rəhbərlərinin iştirakı ilə) adı ilə keçiriləcək digər panel jurnalist Azər Həsrətin moderatorluğu ilə baş tutacaq.

 

Daha sonra Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və dəyişikliklər, Аvropa Azərbaycanlıları Konqresinin 2018-2021-ci illər üçün fəaliyyət proqramı qəbul ediləcək.Qurultay həmçinin Xocalı soyqırımı ilə bağlı bəyanat verəcək, “Metsamor” Atom Elektrik Stansiyası ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edəcək.

www.yenicag.az

7072
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv