!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv
Etiketlər

Xocalı

Xocalı etiketinə aid xəbərlər.

Rusiya ordusunun geri çəkilməsindən və ya geri oturdulmasından sonra Buça şəhərindən yayımlanan görüntülər Xocalı faciəsini yenidən gündəmə gətirir. Əslində, Azərbaycan üçün bu, gündəmdən heç vaxt düşməyib, ancaq məsələyə hələ də siyasi, hüquqi qiymət verilməyib. Buçadakı görüntülər, bəlkə də, Xocalıda da törədilənlərin hüquq müstəvisinə daşınmasına təkan verə bilər.

Azərbaycan müsətqilliyini qazandıqdan bu yana İranla münasibətlərdə zaman-zaman problemlər mövcud olub, bu sırada Tehrana səfərlər zamanı bayraq və tərcümə ətrafında mübahisələr yaranıb. Biz hər zaman haqlı olaraq hesab etmişik ki, İran Azərbaycan ərazilərinin işğalına həssas yanaşmalı və Ermənistanla münasibətlərində diqqətli olmalıdır. Ancaq istəyimizdən asılı olmayaraq İranın müəyyənləşdirdiyi xarici və təhlükəsizlik siyasəti var və həmin siyasətin bir qisim prinsipi bizdə müəyyən suallar yaradıb.

Qarabağ münaqişəsi zamanı Ermənistan bütün dünyaya informasiya müharibəsini necə aparmaq olmaz nümunəsi göstərdi. Erməni kütləvi informasiya vasitələri və “Telegram” kanalları Azərbaycan qoşunları işğaldan azad edilmiş Şuşa şəhərində təmizlik işləri apardığı vaxt “möhtəşəm qələbələri” haqqında yazırdılar. Üçtərəfli bəyanatdan sonra Ermənistanın tamamilə məğlub olduğu üçün öz xalqını aldatmaqdan əl çəkəcəyi gözlənilirdi. Lakin reallıqda tamamilə başqa cür olurdu.