!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana dilim, doğma dilim: “Bu sahədə dövlət qayğısı hiss olunsa da, nöqsanlar var” - RƏY

!Reklam – Yazi

“Özəl təşkilatlar, fondlar və digər qurumlar tərəfindən tərtib edilən bir çox yazılar, adlar, ifadələr və s.-lərdə nöqsanlar var”.

Bu sözləri dövlət dilinin qorunması sahəsində mövcud vəziyyəti dəyərləndirən AMEA-nın Nəsimi adına Dilçilik şöbəsinin Toponomika sektorunun müdiri Elçin İsmayılov Yenicag.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə uşaqların rus bölməsi olan məktəblərə yazdırılması kimi hallar həddindən artıq çoxdur:

“Qeyd etmək lazımdır ki, dövlət tərəfindən ana dilinin qorunması istiqamətində müvafiq işlər görülür. Öncəliklə ana dilinin tədrisi ilə bağlı orta və ali məktəblərdə heç bir problemə rast gəlinmir. Bu prosesə birbaşa Elm və Təhsil Nazirliyi nəzarət edir. Həmçinin dilimizin saflığının qorunması yönümündə təşkil edilən Dövlət Dil Komissiyası müəyyən işlər həyata keçirir. Adıçəkilən qurum sırf dövlət tərəfindən maliyyələşdirilir. Belə ki, dövlət dilinə qarşı fəaliyyət tədbirləri, qanun pozuntuları və bu kimi digər hallar baş verdiyi təqdirdə bu tipli hadisələrin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Dövlət Dil Komissiyasının fəaliyyətinə bir sıra istiqamətlər daxildir. Belə ki, dövlət dilinə qarşı hörmətsizlik edilərsə, o cümlədən digər bu cür arzuedilməz fəaliyyət istiqamətləri aşkarlanarsa, qurum həmin şəxslərə qarşı cərimə və hüquq məsuliyyətinin tətbiq edilməsini tələb edə bilir.

AMEA-nın Dilçilik institutunun da bu yönümdə fəaliyyətləri, qarşıya qoyulmuş hədəfləri mövcuddur. Həmçinin dilçilik sahəsində də alimlərimiz tərəfindən müəyyən araşdırmalar həyata keçirilir. Bütün bu istiqamətlər üzrə işlər aparılır. Lakin bu sahədə “problemlər yoxdur” desək, yanılmış olarıq.

Bəs bu problemlər nədən ibarətdir? Dövlət tərəfindən dilimizin saflığını qorunmasına baxmayaraq özəl təşkilatlar, fondlar və s. tərəfindən tərtib edilən bir çox yazılar, adlar, ifadələr və s. nöqsanlı vəziyyətdədir. Həmçinin bunu da qeyd etmək lazımdır ki, bəzi azərbaycanlı ailələrdə böyüyən uşaqlara valideynlər tərəfindən milli dilimizin qorunması dəyərləri təbliğ edilmir.

Müasir ailələrdə uşaqların erkən yaşdan xarici dilin ab-havası altında böyüdülməsi bir növ dəb xarakterini alıb. Uşaqların rusdilli təhsil ocaqlarına, rus bölməsi olan məktəblərə yazdırılması kimi hallar həddindən artıq çoxdur.

Bundan əlavə qeyd etmək lazımdır ki, televiziyalarımızda tərcümə materialları düzgün şəkildə təqdim edilmir. Ekran üzü görən reklamlar, həmçinin xarici film və serialların tərcüməsində zəiflik hiss olunur, dublyajlar keyfiyyətsiz şəkildə aparılır.

Yerli televiziyalarda layihə aparıcılarının çıxış və ifadələri də ürəkaçan vəziyyətdə deyil. Yetəri qədər təhsili olmayan, savadsız insanların ekranlara yol tapmasına şərait yaradılır ki, bu kimi hallar yolverilməzdir.

Televiziyalarımızda çıxış edən, dilimizi təbliğ edən insanlar gərək bu dilin normalarına yaxşı bələd olsunlar. Ümumilikdə sözügedən sahədə dövlət qayğısı hiss olunsa da, bu kimi nöqsanlar var”.

Yusif Səmədzadə

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv