!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ana fəryadı” abidəsinin yerləşdiyi parkda işlər yekunlaşır – FOTOLAR

!Reklam – Yazi

Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Xətai rayonunda yerləşən “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda abadlıq işləri yekunlaşmaq üzrədir.

Yenicag.az bildirir ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımınına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

Bu il də Xətai rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Parkın ərazisinin yaşıl örtüyü yenilənib, parkda abadlıq, təmizlik işləri görülüb, yeni güllər əkilib. Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, skamyaların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılıb. Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənib səkilər yuyulub. Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrində gül və dekorativ gül kollarının əkilib.

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv