!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana həbsdə olan oğluna narkotik keçirmək istədi - FOTO

!Reklam – Yazi

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Tərlan Taleh oğlu İslamova anası Bakı şəhər sakini Sara Əvəz qızı İslamova tərəfindən gətirilən sovqata baxış keçirilən zaman, orada olan maykaya xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 0,250 qram olan heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv