!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana olmağa hazırlaşanlara VACİB XƏBƏRDARLIQ

!Reklam – Yazi

Ana olmağa hazırlaşan bir çox qadınların seçdiyi üsul qeysəriyyə əməliyyatıdır. Lakin həmin prosesin riskli və zərərli olduğunu iddia edənlər də var.

Sözügedən məsələ barədə “Yeni Sabah”a açıqlama verən həkim mama-ginekoloq Ləman Əliyeva bildirib ki, qeysəriyyə əməliyyatının effektivliyi Azərbaycanda azalıb:

“Qeysəriyyə əməliyyatı ananın və dölün həyatını xilas etmək üçün icra edilən bir prosesdir. Amma Dünya Səhiyyə Təşkilatı (DST) da sübut edib ki, bu prosesin müəyyən faizi perinatal ölümlərin qarşısını alır. Ancaq həmin faiz çoxaldıqda bu cür ölümlərin qarşısını almaq ehtimalı da azalır.

Bizim ölkə də daxil olmaqla, bir sıra dövlətdə normanı keçdiyimiz üçün qeysəriyyə əməliyyatlarının effektivliyi də azalıb. Buna görə də heç bir əks-göstəriş yoxdursa, təbii doğuş ən yaxşı variant sayılır”.

Ginekoloq Gülnar Ağayeva “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, bu əməliyyatı hər ana olmaq istəyən xanım seçə bilməz:

“Hazırda gənc qızların əksəriyyəti doğmaq, sancı çəkmək istəmir və buna görə qeysəriyyə üsulunu seçirlər. Bu isə doğru deyil. Ana olmaq istəyən və buna hazırlaşan bütün qadınlara qeysəriyyə əməliyyatını tövsiyə etmək düzgün deyil. Qeysəriyyə əməliyyatı üçün mütləq şəkildə zərurət olmalıdır. Bütün bunlar Səhiyyə Nazirliyinin protokollarında öz əksini tapıb. Ümumiyyətlə, sağlamlıq üçün təhlükə, ölüm riski olduqda sözügedən əməliyyat yerinə yetirilir.

Bəziləri var ki, zərurət olmadığı təqdirdə, bu yolu seçirlər. Elə həkimlər də var ki, xüsusi hal olmadıqda belə qeysəriyyə əməliyyatını məsləhət görür və ya icra edir. Bu zaman xoşagəlməz hal yaşanarsa, məsuliyyət ananın üzərində qalır. Unutmaq olmaz ki, doğuş ərəfəsində problem yarandığı halda, qeysəriyyə tətbiq etmək olar. Digər hallarda isə yox”.

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv