!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana qızını fahişəlik bataqlığından belə qurtardı - İnanılmaz AİLƏ DRAMI

!Reklam – Yazi

İstanbulda 15 yaşlı qızının fahişəliyə məcbur edildiyini öyrənən ana onu “həyatın dibi”ndən çıxarmağa nail olub.

Yenicag.az Türkiyə mediasına istinadən bu qandonduran ailə dramının təfərrüatlarını təqdim edir.

Məlumata görə, N.B. adlı qadın əri ilə ayrıldıqdan sonra qızları S.Y. növbə ilə gah anasının, gah da atasının yanında yaşayıb.

Lakin S.Y. sonrakı dövrdə 2-3 dəfə evdən qaçsa da, anası qızını taparaq evə qaytarıb. Bununla belə, sonuncu dəfə evdən qaçdıqdan sonra 10 gün qızından xəbər ala bilməyən ana axtarışlara başlayıb.

Bu əsnada qızın dostlarından biri ana ilə əlaqə saxlayaraq, S.Y.-nin “pis yola” düşdüyünü deyib. Həyatının şokunu yaşayan ana qızını bu bataqlıqdan xilas etmək üçün plan qurub.

Belə ki, qızını “satan” şəxs ilə əlaqə saxlayaraq müştəri qismində onunla görüşmək istədiyini bildirib. Tərəflər razılığa gəldikdən sonra görüş təyin olunub.

Görüş zamanı həqiqətən də, qızının gəldiyini görən ana daha bir mənəvi zərbə alıb. Qızını evinə aparan ana polisə müraciət edərək kömək istəyib və qızını fahişəliyə məcbur edən B.S.-dən şikayət edib.

Qadın yazışmaları və telefon danışıqlarını maddi sübut kimi polisə təqdim edib. Məlumata görə, hazırda bu işlə əlaqədar təhqiqat aparılır.

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv