!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ana və azyaşlı qızını maşın vurdu

!Reklam – Yazi

Şəkidə ana və övladını avtomobil vurub.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki şəhəri M.F.Axundov prospektində baş verib.

Rayon sakini Tural Məmmədov idarə etdiyi VAZ-2107 markalı minik avtomobili ilə şəhər sakinləri – 1988-ci il təvəllüdlü Nahidə Rəsul qızı Rəhimova və onun 7 yaşlı övladı Yağmur Vüsal qızı Rəhimzadəni vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Rəhimova və qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisə baş verən zaman N.Rəhimova övladını məktəbə aparırmış.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv