!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Anadolu Qartalı – 2021” təlimi davam edir

“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində şərti düşmənin hava hədəfinin məhv edilməsi əməliyyatı keçirilib.

Bu barədə Yenicag.az Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmən hava hədəfinin aşkarlanması, taktiki qaydalarla önlənməsi, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşünün yerinə yetirilməsi əməliyyatını icra edib.

Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib və şərti düşmənin hava hədəfi məhv edilib.

Təlim iyulun 3-dək davam edəcək.

www.yenicag.az

210
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100